Bildiyimiz kimi, bu ilin yanvar ayında Avropa İttifaqının Ermənistandakı “missiya”sı (EUMA) Azərbaycanla sərhədyanı ərazilərə 1500 nəfər patrul göndərib. Onlara yerlərdəki vəziyyəti müşahidə etmək və hesabat hazırlamaq tapşırılıb. Qurumdan bildirilib ki, “missiya” sərhədyanı ərazilərdə guya “sabitliyə tövhə vermək”, iki ölkə arasında münasibətlərin normallaşmaq məqsədilə iş aparacaq.