VII ADA Siyasi Forumu: “Azərbaycan indi vacib müzakirələrin aparıldığı mərkəzdir” – VİDEO
“Azərbaycan indi vacib müzakirələrin aparıldığı, beynəlxalq məsələlərin həll yollarının axtarıldığı mərkəzdir”.
Bunu Yenicag.az-a açıqlamasında politoloq Tural İsmayılov deyib.
O, Qarabağ Universitetində “Yeni Dünya Nizamına Doğru” mövzusunda keçirilən VII ADA Siyasi Forumu ilə bağlı fikirlərini bildirərkən qeyd edib ki, bu gün Azərbaycan dünyanın önəmli məsələlərinin müzakirə edildiyi, qlobal çıxış yollarının axtarıldığı və beyin mərkəzlərinin toplandığı platforma halına gəlib.
“Artıq hər il ənənəvi olaraq ölkəmizdə qlobal Bakı forumları keçirilir. Bu gün də yeni dünya nizamının formalaşdırılması kontekstində tədbir keçirilir. Bakıda davam edən müzakirələrdən sonra iştirakçılar Xankəndi şəhərinə yola çıxıb. Belə müzakirələr ölkəmizin nə qədər önəmli çıxış platformasına çevrildiyini göstərir”, – deyə o bildirib.
Ətraflı videomaterialda:
Nəsimi Ələsgərli
Samir Məcidov