Vilayət Eyvazovdan TƏYİNAT

Daxili İşlər orqanlarında növbəti kadr dəyişiklik olub.

Yenicag.az-ın verdiyi xəbərə görə Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə, polis mayoru Aydın Bağırov Xaçmaz rayon polis şöbəsinin əməliyyat işləri üzrə rəis müavini təyin edilib.

Xəbəri Xaçmaz rayon polis şöbəsindən Unikal.org-a təsdiqləyiblər.

Qeyd edək ki, bir neçə ay öncə nazirin əmri ilə Xaçmaz rayon polis şöbəsinin əməliyyat işləri üzrə rəis müavini Amil Tahirli işdən çıxarılaraq, sərəncama göndərilmişdi./Unikal.org/

COP29