!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Vitali Andreyevski: “Rusiya HHM-ləri hərbi hədəfləri mülki təyyarədən seçməlidir”

!Reklam – Yazi

 

“Rusiya Hava Hücumundan Müdafiə (HHM) sistemləri hərbi hədəfləri mülki təyyarələrdən ayırmağı öyrənməlidir”.

Bu sözləri moldovalı politoloq, www.ava.md informasiya-analitik portalının rəhbəri Vitali Andreyevski “Yeni Çağ”ın rus bölməsinə verdiyi açıqlamasında deyib.

O, aviaqəza ilə bağlı bunları söyləyib:

“Çox qısa deyəcəyəm:

1. Müharibə gedir və Rusiya öz hava məkanını bağlamalıdır.

2. Rusiya Hava Hücumundan Müdafiə (HHM) sistemləri hərbi hədəfləri mülki təyyarələrdən ayırmağı öyrənməlidir.

3. Müharibəni dayandırmaq lazımdır. O zaman bu cür fövqəladə halların qarşısı alınar”.

Xatırladaq ki, 25 dekabr səhəri “Azərbaycan Hava Yolları”na (AZAL) məxsus təyyarə Aktau yaxınlığında qəzaya uğrayıb. Bakıdan Qroznıya uçan təyyarədə 62 sərnişin və 5 ekipaj üzvü olmaqla cəmi 67 nəfər olub. Qəza nəticəsində 38 nəfər həlak olub, 29 nəfər yaralanıb.

Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığı ilə hadisənin səbəblərinin araşdırılması üçün Baş nazir Əli Əsədovun rəhbərliyi altında Dövlət Komissiyası yaradılıb.

Qeyd edək ki, mütəxəssislər və analitiklər sərnişin təyyarəsinin qəzasına dair müxtəlif versiyalar irəli sürsələr də, hamısı rəsmi araşdırmanın nəticələrini gözləməyi və emosiyalarla hərəkət etməməyi tövsiyə edir.

Cəmilə Çebotaryova

Tərcümə: Rafi Müslümov

www.yenicag.az

247
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv