“Wikileaks”dən daha bir şok iddia
“Wikileaks” saytı ABŞ milli təhlükəsizlik agentliyinə qarşı yeni dəlillər hazırlayıb.
Yenicag.az aznews.az-a istinadən xəbər verir ki , “Wikileaks” saytında dərc olunan sənədlərə əsasən ABŞ milli təhlükəsizlik agentliyi illərlə Almaniya kanslerlərini təqib edib.
Sənəddə qeyd olunur ki, ABŞ kəşfiyyatının əməkdaşları Almaniyanın indiki kansleri Angela Merkel və ondan öncə bu vəzifəni tutan Gerhard Şreder və Helmut Kolun telefon danışıqlarını izləyib.
ABŞ milli təhlükəsizlik agentliyinin “Wikileaks”in əlinə keçən telefon nömrələri siyahısında Merkelin yaxın ətrafında olan 56 yüksək rütbəli məmur və siyasətçinin də adı var.
Siyahının nə zaman hazırlandığı bəlli deyil. Lakin, “Wikileaks” onun 90-cı illərdə tərtib edildiyini qeyd edir.
AFR hökuməti hələ bu informasiyanı şərh etməyib.