“Word Telecom” vergidən yayınır? – “Posterminallar işləmir”

media-hightechnic-468x90

“Facebook” istifadəçisi Qulu Şıxaliyev “World Telecom”la bağlı şikayət bildirib. O, öz səhifəsində yazıb ki, artıq 3 aydır ki, sözügedən mağazanın posterminal ödəmələri işlək deyil:

“Şikayətim var. WorldTelecom müştəri məmnunluğu sizin üçün önəmli olmadığını bir daha şahidi oldum. Mən WorldTelecom’un Qara Qarayevdə yerləşən filialından telefon almışam. Aylıq 234 AZN kredit ödənişi kartla ödəmək istədiyim halda, bununla artıq 3-cü aydır ki, sizin posterminal ödəmələriniz işləmir və mən ödənişimi kartla edə bilmirəm. Ya onlayn ödəmə etməyimi təklif edirsiz ki, bu zaman əlavə 1 manat komissiya ödəməliyəm, ya da nagd formada ödəməli olduğumu bildirirsiz ki, bu da mənim kartla ödəniş etməyimə maneə yaradırsınız”.

Yenisabah.az xəbər verir ki, bu hal vətəndaşın istehlakçı hüquqlarının pozulmasıdır:

“Sahildə yerləşən filialınıza yaxınlaşdığım zaman posterminal işləmir cümləsini eşidirəm. Mənim kartla ödəmə etmək haqqımı təmin edə bilmirsiniz. İstehlakçı hüququmu pozursunuz. Ayın 11-nə kimi kredit ödənilmədiyi halda isə kredit ödəniş tarixçəmdə gecikmə olaraq düşəcək. Posterminalların düzəlişini qısa zaman ərzində düzəltmək əvəzinə, ya nağd, ya da onlayn ödəmə üsulunu təklif etməyiniz istehlakçı hüququmun pozulmasıdır”.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 06.09.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa