Xaçmazda iki qardaş əmilərini bıçaqladı

media-hightechnic-468x90

hhhBaş Prokurorluq Xaçmazda baş verən hadisə ilə bağlı məlumat yayıb. Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, 1975-ci il təvəllüdlü Eyvaz Cəbrayılov, 1992-ci il təvəllüdlü Emil İsayev və 1991-cı il təvəllüdlü Elşən Əhmədovun bədən xəsarətlərilə rayon Mərkəzi Xəstəxanasına daxil olmaları və sonuncunun aldığı xəsarətlərdən xəstəxanada ölməsi barədə rayon prokurorluğuna daxil olub. Məlumat əsasında rayon prokurorluğunun əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib. Hadisə yerindən maddi sübutlar götürülüb və digər prosessual hərəkətlər yerinə yetirilib.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) və 29, 120.2.7-ci (iki və ya daha çox şəxsi qəsdən öldürməyə cəhd) maddələri ilə cinayət işi başlanmış, müvafiq ekspertizalar təyin edilib.

Müəyyən edilib ki, həmin gün Xaçmaz şəhərində İsmayıl Cəbrayılov, qardaşı Coşqun, əmiləri Eyvaz Cəbrayılov və şəxsiyyətləri istintaqa hələlik məlum olmayan digər 2 şəxslə qonşuluqda yaşayan tanışları E.İsayev və E.Əhmədov arasında şəxsi münasibətlər zəminində mübahisə yaranıb. Bu zaman İ.Cəbrayılov üstündə gəzdirdiyi bıçaqla əmisi E.Cəbrayılova və E.Əhmədova xəsarətlər yetirərək hadisə yerindən qaçıb.

Rayon Polis Şöbəsi və prokurorluğunun əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən İ.Cəbrayılov iyulun 25-də tutularaq istintaqa cəlb olunub.

Hazırda cinayətin bütün hallarının tam, hərtərəfli və obyektiv araşdırılıb. O cümlədən E.İsayevə xəsarət yetirmiş şəxsin müəyyən edilərək istintaqa cəlb edilməsi istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600