!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Xalq artisti: “Hamımız bu dünyadan köçəcəyik, amma onlar qanları ilə tarix yazdılar”

!Reklam – Yazi

“Hələ də şokdayam, hələ də baş verənlərə görə donub qalmışam…”

Bunu Ermənistan Ssilahlı Qüvvələrinin dövlət sərhədində törətdiyi genişmiqyaslı təxribatların qarşısının alınması zamanı hərbi qulluqçularımızın şəhid olmasından sarsılan tanınmış aktyor, Xalq artisti Şamil Süleymanlı Yenicag.az-a açıqlamasında deyib.

O, şəhid olan Vətən oğullarının qanının yerdə qalmadığını bildirib:

“Balalarımız getdi. Hamısı da çox gənc idi, həyatdan kam almamışdılar. Çox da desək ki, balalarımız, amma onların öz anaları, ataları var və bu itki onların ürəyinə dağ çəkdi. Amma ümumilikdə götürəndə Vətən hamımızındır. Hamımız bir gün bu dünyadan köçəcəyik. Amma onlar torpaq uğrunda şəhid olaraq qanları ilə tarix yazdılar, əbədiyyətə qovuşdular. Prezidentimiz hər zaman bizim yanımızda olub, biz də onun dəmir yumruğu ətrafında birləşməliyik. Şəhidlərimizin qanı yerdə qalmadı. Allahdan şəhidlərimizə rəhmət, valideynlərinə də səbr diləyirəm”.

Cəvahir

COP29

www.yenicag.az

601
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv