!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Xalq artisti xəstəxanalıq oldu - SON DURUMU / AÇIQLAMA

!Reklam – Yazi

Xalq artisti, tanınmış bəstəkar Oqtay Rəcəbovun səhhətində yaranan problemlər onu xəstəxanalıq edib.

Yenicag.az-a açıqlama verən bəstəkar əməliyyat olunub:

“Onurğa sümüyümdə problemlər var idi, yeriməkdə əziyyət çəkirdim. Xəstəxanaya getdim, həkim dedi, təcili əməliyyat olunmalısan, yoxsa fəsadları ağır olacaq. Bel yırtığı diaqnozu ilə iki yerdən əməliyyat olundum. Əməliyyat ağır keçdi. Əməliyyatdan sonra yeriməkdə çətinliklərim oldu. İndi-indi özümə gəlirəm. Bağdayam və çalışıram gün ərzində təmiz havada olum və çox gəzim. Çünki tez sağalmağım üçün çox gəzməliyəm”.

Bəstəkar səhhəti ilə əlaqədar yaradıcılığına fasilə verdiyini, sentyabr ayında yeni enerji ilə yeni musiqilər yazmağı planlaşdırdığını bildirib.

Cəvahir

www.yenicag.az

948
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv