Reklam
Ziraat Bank New 160×600
Koronavirus
Ziraat Bank New 160×600
Qarabağ FC

Xalq artistindən İNANILMAZ FAKT: "Tələb etdi ki, maşını satım"

“Məndən qəti şəkildə tələb etdi ki, maşını satım. Bir də səni sükan arxasında görməyim. Bunu o qədər israrla dedi ki, etiraz edə bilmədim”.

Yenicag.az-a danışan xalq artisti, tanınmış diktor Ofeliya Sənani mərhum həyat yoldaşı Valid Sənani ilə bağlı inanlmaz fakt açıqlayıb.

O, bildirib ki, ruhlar var, özü də buna şahiddir:

“Dünyasını dəyişsə də, həyat yoldaşım məni qoruyur. Hər gecə yuxuma girir, qarşıdakı təhlükədən məni xəbərdar edir. Bu, o deməkdir ki, ruhlar yaşayır. Dünyasını dəyişəndən sonra, onun avtomobilini mən idarə edirdim. Yuxuda dedi ki, Ofeliya təcili o maşını satmalısan. Hətta oğlum buna razılıq vermək istəmədi, amma mən Validin dediyini yerinə yetirdim. Bəlkə də ağır qəza keçirəcəkdim, başıma pis hadisə gələcəkdi, Valid bunun qarşısını aldı. O həmişə mənimlədir, mənə məsləhətlər verir. Evimi dəyişdim, yeni mənzilə köçdüm. Elə həmin gecə yuxuda mənə dedi ki, qayıt köhnə evimizə, mən səni orada görürəm. Qayıtdım yenidən bura. Onsuz mənə çox çətindir. Amma yoxluğunu bir gün belə olsun, hiss etdirmir mənə”.

Cəvahir

www.yenicag.az

364
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100