!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Xalq artistindən müğənnilərə ÇAĞIRIŞ: "Koronavirusdan ölməkdənsə..."

!Reklam – Yazi

“İndi hamı kimi musiqiçilərin də maddi cəhətdən çətinlikləri var. Lakin səbirli olmaq lazımdır. Dünyanı lərzəyə gətirən virusun qurbanı olub, ölməkdənsə, bir-birimizə kömək edib çətinliyin öhdəsindən layiqincə gəlməliyik”.

Bunu Yenicag.az-a açıqlamasında xalq artisti Bilal Əliyev sıxıntılarına görə narazılıqlarını ifadə edən həmkarlarına münasibət bildirərkən deyib:

Sənətçi pandemiya ilə bərabər xalqımızın müharibə şəraitində yaşadığını əsas gətirərək, hər kəsi bir olmağa səsləyib:

“Hər kəsə səslənib deyirəm ki, bu tarixi sınaqdan təmkinlə və alnıaçıq çıxmalıyıq. Heç bir yalana, təxribata uymamalıyıq. Ana yurdumuzun keșiyində dayanıb onun hər qarış torpağını düşmənlərdən qoruyan igid ordumuza dəstək olmalıyıq. Eyni zamanda da karantində qaydalara əməl etməliyik. Nə qədər əməl etsək, bir o qədər də bəladan tez qurtularıq”.

Cəvahir

www.yenicag.az

2306
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv