“Xəstəxanadan evə buraxılsam da, həkim nəzarəti altında müalicəm davam edir”.
Bunu Yenicag.az-a açıqlamasında tanınmış diktor, Xalq artisti Ofeliya Sənani bildirib.
“Səhhətim hələ də düzəlməyib. Danışmağa halım belə yoxdur. Bir müddət xəstəxanada müalicə olundum, amma xeyri olmadı. Həkimlər deyir ki, uzunmüddətli müalicəyə ehtiyac var. Yüksək təzyiqdən əziyyət çəkirəm. Həkim nəzarətində müalicəm davam edir. Köhnə il necə keçdi, yeni il necə gəldi, xəbərim olmadı. Nə efirlərə çıxa bildim, nə bir yana getdim. Ancaq evdə, dava-dərmanla”.
Cəvahir
www.yenicag.az