!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Xalq şairi: “Bu nida milyonlarla mərmiyə çevrilib düşməni məhv etdi”

!Reklam – Yazi

“Qələbəyə olan sonsuz inam nəticəsində Azərbaycan xalqı Ali baş Komandanımızın rəhbərliyi, Ordumuzun qüdrəti, türk qardaşlarımızın dəstəyi ilə erməni faşizmini darmadağın etdi”.

Bu sözləri 27 sentyabr Anım Günü ilə bağlı fikirlərini bölüşərkən Xalq şairi Vahid Əziz Yenicag.az-a açıqlamasında deyib.

V.Əziz 27 sentyabrı qələbəyə, zəfərə aparan yolun başlanğıcı kimi dəyərləndirib:

“Bu gün müzəffər Ali Baş Komandanımız İlham Əliyevin sərəncamı ilə qalib Azərbaycan xalqı kimi Anım Gününü qeyd edirik. Bu gün qələbəyə, zəfərə aparan yolun başlanğıc günü kimi tarixə yazıldı. Çox qürurluyuq. İkinci Qarabağ savaşının, daha doğrusu, Qarabağ torpağının əbədi azadlıq savaşının başladığı gündür. Müharibə başlayanda adətən sonu qeyri-müəyyən olur. Amma dövlət başçımızın danışığı, gözəl çıxışları, müharibə dönəmində verdiyi 30-dan artıq müsahibələr, ən qəddar, ermənipərəst jurnalistlərin və erməni elçilərin suallarına sərrast cavabları, onları öz yerlərində oturtmaları, Azərbaycan xalqında qələbəyə inamı daha da artırırdı. Qələbəyə olan sonsuz inamın nəticəsi olaraq Azərbaycan xalqı Ali Baş Komandamızın rəhbərliyi, müzəffər Ordumuzun qüdrəti, türk qardaşlarımızın dəstəyi ilə erməni faşizmini darmadağın etdi. Sentyabrın 27-də də biz müharibəni başladıq və son nöqtəni qələbə ilə bitirdik. Prezidentimizin dediyi kimi, Qarabağ Azərbaycadır! Bu nida milyonlarla mərmiyə çevrilib düşmənin başına yağdırıldı və düşməni məhv etdi. Bu, Azərbaycan xalqının yaddaşına yazılan qəhrəmanlıq dastanıdır. Bu, möhtəşəm bir qələbədir. Bu qisası düşmənin 30 il ana bətnində, ana qucağında yetim qoyduğu, yurd-yuvasız qoyduğu qəhrəman oğullar aldı. Düşmən bir daha cəhd edib nəsə səhv addım atası olsa, bu gün ata-anasız qoyduğu qəhprəmanların oğulları onların qanını içəcək. Düşmənin yetim qoyduğu uşaqlarımız namus-qeyrətlə, vicdanla böyüdülər. Çünki onları qeyrətli şəhid anaları, şəhid ataları böyütdü. Onlar şəhidlik məqamının nə olduğunu görüb böyüdülər. “Şəhid məzarına gül gətirən qız” adlı şeirim də var:

İki qəlb dağıtdı bir anda güllə,
Gördükdə baş daşı qalxıb-dikəlir.
Sevdiyi gələrdi qızıl güll ilə
Bu qız qərənfillə görüşə gəlir.

Nə şirin nəvaziş, nə öpüş odu,
Dodaqlar pərişan daşı isidir.
Hər dəfə, yenə də beləcə oldu,
Qadın gəncliyini unudub gedir.

Amansız olurmuş ölüm qəlpəsi,
Südəmər körpəsi könül dağıdır.
Qürur gətirəni- “Şəhid zövcəsi”,
Pərişan edəni – tənhalığıdır.

Daha yaşadanı -şirin xatirə
Artar azalmadan saçların dəni,
Şəhidlər sevdiyi çiçəklər ilə
Davranar Məcnunla-Leylilər kimi”.

Cəvahir

www.yenicag.az

735
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv