“Xalqın yox, rektorların marağı nəzərə alındı” – YAP-çı deputatdan təhsil qanununa etiraz

“Bir az kapitalizmdən götürürük, bir az da sosializmdən, axırda da alınır “kaşa”.

Milli Məclisin bu gün keçirilən növbədənkənar sessiyasında “Təhsil haqqında” qanuna dəyişikliklər müzakirə olunub.

Yenicag.az xəbər verir ki, Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini, deputat Siyavuş Novruzov sözügedən qanunu tənqid edib:

“Bilirsiniz ki, təhsil haqqında qanunun qəbuluna uzun müddət vaxt sərf olundu. O vaxt çox müzakirələr aparıldı, bütün tərəflərin maraqları nəzərə alındı, xalqdan başqa…. Rektorların maraqları nəzərə alındı..

İndi də altmış iki dəyişiklik təklif olunur. Mənə belə gəlir ki, İsa Həbibbəylinin komitəsi bu qanunu yenidən yazmalı idi. Çünki problemlər çoxdur.

Məsələn, tələb qoyulur ki, məktəbəqədər hazırlığa getməyən uşaqlar birinci sinfə götürülməsin. Ancaq məlumdur ki, ölkədə məktəbəqədər hazırlıq müəssisələrinin sayı tələbatdan çox aşağıdır. Belə olan halda bu tələbin qoyulması nə dərəcədə doğrudur?

Digər tərəfdən, o qanun hazırlanarkən, bir az kapitalizmdən götürürük, bir az da sosializmdən, axırda da alınır “kaşa”. Buna da diqqət eləmək lazımdır”.

A.Zeynalov

COP29