!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Xanım professor Cümşüd Nuriyevin cavabını verdi: “Əxlaqsız...”

!Reklam – Yazi

“Vicdanı yerində olan insan Azərbaycan qadını haqqında o cür ifadələr işlətməz”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında keçmiş deputat Cümşüd Nuriyevin Qarabağ müharibəsinin gedişində yaradılan qadınlardan ibarət tabora qoşulan xanımlara yönəlik təhqiredici ifadələrinə cavab verən professor Almaz Əliqızı deyib.

Almaz Əliqızının sözlərinə görə, əxlaqı və vicdanı yerində olan şəxs Azərbaycan qadını haqqında belə ifadələr işlətməz:

“Türk qadınları hər zaman döyüşkən olublar. Əxlaqa gəldikdə isə, bu problem kişidə də ola bilər, qadında da… Ancaq bütün hallarda Vətən üçün ölmək şərəfdir.

Əgər torpaqlarımızın azad edilməsi qadınlardan ibarət batalyon yaradılmasına təşəbbüs olubsa, bunu yalnız alqışlamaq lazımdır.

Digər tərəfdən, istənilən məsələyə baxış insanın əxlaqından asılıdır. Kiməsə desən ki, çox gözəlsiniz, qayıdıb deyir ki, sənin gözlərin gözəl görür. Deməli, kim necə görürsə, o cür də danışır.

Torpağı işğal altında olan ölkənin vətəndaşı kimliyindən asılı olmayaraq, belə danışmamalıdır. Vicdanı, əxlaqı olan bir insan Azərbaycan qadını haqqında belə bir ifadə işlətməz”.

Aqil Bəkir

www.yenicag.az

2139
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv