!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Xankəndidə parad keçirilməsi Azərbaycanın suverenliyinə hörmətsizlikdir - BƏYANAT

!Reklam – Yazi

Azərbaycan Yüksəliş Partiyası Qarabağdakı Rusiya sülhməramlılarının mayın 9-da keçirməyi planlaşdırdıqları hərbi paradla əlaqədar etiraz bəyanatı yayıb.

Yenicag.az xəbər verir ki, bəyanatda bildirilib ki, Rusiya sülhməramlıları Qarabağda həyata keçirməli olduqları missiyanın ziddinə olaraq, bir çox qanunsuzluqla yanaşı, indi də 9 may – II Dünya Müharibəsində əldə olunan Qələbə günü münasibəti ilə hərbi parad keçirməyi planlaşdırırlar.

“Azərbaycanın da imzaladığı 10 noyabr 2020-ci il tarixli Bəyanat ölkəmizin ayrılmaz hissəsi olan Xankəndi şəhəri və ətraf rayonlarda Rusiya sülhməramlılarının dislokasiya yeri olmaqla bərabər, onların sadəcə sülhyaratma və əmin-amanlığın qarantı çərçivəsində olan fəaliyyətlərinə icazə verir. Bu məsələlərin xaricində hər hansı bir fəaliyyət qanunsuz və səlahiyyətlərini aşmış hesab olunur, olunmalıdır.

Sülhməramlılar kontingenti əsla hərbi baza statusunda deyil. Ona görə də fəaliyyət çərçivəsi Rusiyanın yox, Azərbaycanın qanun və qaydaları ilə 10 noyabr Bəyanatın əsasında tənzimlənə bilər. Qalan bütün məsələlər Azərbaycanın siyasi və hərbi rəhbərliyi ilə öncədən razılaşdırılmalı və planlaşdırılmalıdır.

Nəzərdə tutulan hərbi parad planı isə istənilən halda Azərbaycan Silahlı Qüvvələrinin Baş Qərargah rəhbərliyi və Azərbaycan Respublikası Müdafiə Nazirliyi ilə razılaşdırılmalıdır. Əks halda, belə bir tədbir birbaşa Azərbaycanın suverenliyinə hörmətsizlik və hücum kimi qiymətləndirilməlidir.

Bununla yanaşı, etirazlara baxmayaraq, parad keçirilərsə, tədbirdə erməni silahlı birliklərinin və dəstələrinin nümayəndələri, qondarma rejimin bayraqları olarsa, o zaman Rusiya sülhməramlıları Azərbaycanın həm də torpaq bütövlüyünə qarşı addım atmış olarlar ki, bu da Azərbaycana 10 noyabr razılaşmasından çıxmaq haqqını vermiş olar”, – deyə bəyanatda qeyd edilib.

AY Partiya fəaliyyət məqsədi və səlahiyyət çərçivəsi sülhü və əmin-amanlığı təmin etmək olan Rusiya sülhməramlılarının sülh prosesinə zidd hərəkətlərini, o cümlədən hərbi parad keçirmək planını qətiyyətlə pisləyir, daha öncə əldə olunan razılaşmaların əksinə olaraq, vəziyyəti gərginləşdirən addımlarına etiraz edir, Azərbaycanın ərazi bütövlüyünə və suveren haqlarına qarşı yönəlmiş bütün hərəkətlərə qarşı fəaliyyətini gücləndirəcəyin bəyan edir.

www.yenicag.az

515
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv