2023-cü ilin sentyabrında keçirilən antiterror əməliyyatları zamanı ölən erməni separatçıların qohumları hökumət binası yaxınlığında etiraz aksiyasına başlayıblar.
Yenicag.az xəbər verir ki, bu barədə erməni KİV məlumat yayıb.
Etirazçılar Xankəndidə dəfn edilmiş qohumlarının ekshumasiyasını və Ermənistana köçürülməsini xahiş ediblər.
“Oğlum Artur Arzumanyan 2023-cü il sentyabrın 19-da vəfat edib. Biz xahiş edirik ki, ekshumasiya etsinlər və uşaqlarımızı Ermənistana gətirsinlər. Biz Ermənistan və Qırmızı Xaç Cəmiyyətinə müraciət etsək də, nəticəsi olmadı. Əgər burada (Ermənistanda – red.) dövlət yoxdursa, bu mənim son ümidimdir” – deyə Borik Arzumanyan bildirib.
Aksiyada iştirak edən digər bir şəxs bununla bağlı Azərbaycan tərəfi ilə razılıq əldə olunduğunu və cəsədlərin ekshumasiya edilərək köçürüləcəyini deyib. Onun sözlərinə görə, razılıq bir qədər sonra ləğv edilib. /Unikal/
www.yenicag.az