!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Xankəndidəki "SEÇKİ" OYUNU: "Bayraktar"lar, qırıcılar havaya qalxmalıdır" - Partiya sədri

!Reklam – Yazi

“Xankəndində keçiriləcək qondarma Dağlıq Qarabağın “müstəqilliyi” ilə bağlı tədbirin heç bir hüquqi, siyasi və hərbi gücü yoxdur. Bundan əvvəl bu tədbirləri Şuşada da qeyd edirdilər, indi reallıq başqadır. Onların keçirəcəyi tədbir reallığı dəyişmir”.

Bu fikirləri erməni tərəfinin Xankəndidə tədbir keçirməsinə və bu tədbirin mahiyyətinə münasibət bildirən AĞ Partiya sədri Tural Abbaslı Yenicag.az-a açıqlamasında səsləndirib.

Tural Abbaslı erməni tərəfinin bu addımını psixoloji savaş adlandırıb:

“Psixoloji savaş Azərbaycan tərəfinin gərilməsinə, gərginləşməsinə və Azərbaycan cəmiyyətinin gərginlikdə saxlanılmasına xidmət edir. Dolayısı ilə əhalini demoralizə etmək istəyirlər ki, müharibədə qalib gəldiniz, ancaq bizim yenə də “müstəqilliyimiz”, “bayrağımız” var. Əgər qarşı tərəf psixoloji savaş aparırsa, biz bunu boş verməli deyilik, onlara qarşı ikiqat psixoloji savaş aparmalıyıq. Tədbir keçirilən zaman “Bayraktar”lar, qırıcılar Xankəndi üzərindən alçaq uçuş etməlidir. Onlar bilməlidir ki, ora Azərbaycan torpağıdır, Azərbaycanın icazəsi olmadan kimsə ora gəlməməlidir. Rusiyaya da ultimatum verilməlidir ki, Azərbaycan sərhəddindən erməni deputatlarını buraxmamalıdır. Rusiya fakt qarşısında qoyulmalıdır. Rusiya da öz işinin öhdəsindən gəlməlidir, ya da ərazidən çıxmalıdır ki, Azərbaycan öz işini yekunlaşdırsın”.

Xarici siyasət sahəsindəki vəziyyətə gəldikdə isə partiya sədri bunları deyib:

“İllərdir aparılan uğursuz xarici siyasət nəticəsində beynəlxalq arenada mövqelərimizi itirmişik. Mövqe itirməyimizin altını indi çəkirik. Ermənilər orada hansısa bir tədbir edir, ruslar, fransızlar, amerikalılar onların yanındadır. Əgər biz uğurlu siyasət aparmış olsaydıq, həmin dövlətlər bizim yanımızda olardı. Bu istiqamətdə nələrisə dəyişmək lazımdır. Əslində, dəyişiklik görmürük. Yenə eyni şəxslər səfir təyin olunur. Bir ölkədən götürülüb, digər ölkəyə səfir təyin edilirlər. Hansı ki, bəlkə də o səfirlərin sayəsində beynəlxalq arenada məğlub vəziyyətdəyik. Bu siyasət dəyişməlidir. Əgər istəyiriksə ki, meydandakı qələbəmizi qoruyub saxlayaq, masa arxasında rəqibin yanında olan qüvvələri öz yanımıza çəkməyi bacarmalıyıq. Bu istiqamətdə hansı işlər görülür? Konkret heç bir addım atılmır. Parlamentlər arası dostluq qrupunun üzvlərinə baxın. O şəxslərlə hara qədər getmək mümkündür? Düşünürəm ki, bununla bağlı xüsusi proqram qəbul olunmalıdır. Kifayət qədər maliyyə də ayrılıb. Maliyyə də doğru düzgün istifadə olunmalıdır. Yoxsa Ermənistanın yanında Rusiya, ABŞ, Fransa ola-ola bu məsələni öz istədiyimiz kimi tam yekunlaşdıra bilməyəcəyik. İcazə verməyəcəklər”.

Səxavət Məmməd

www.yenicag.az

590
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv