!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Xankəndiyə gedən yol – Müzəffərliyin təntənə anı

!Reklam – Yazi

Günəş də öz şəfəqləri ilə Ali Baş Komandanın Xankəndiyə gedən yoluna işıq salırdı. Səmanın tərtəmiz, aydın şəkildə parlaması, havanın möhtəşəmliyi də sanki sevinc hisslərimizi anlayırdı. Torpaq da hiss edirdi ki, Müzəffər Prezident, Ali Baş Komandan İlham Əliyev gəlir. Allahın Azərbaycan xalqına böyük lütfü gəlir. Əminəm ki, azad olunmuş torpaqlarımızın dili olsaydı, minnətdarlıq hisslərini məhz bu formada izhar edərdi.

30 il işğal altında inləyən torpaqlarımızın vəhşi bir toplumun vandalizminə məruz qaldığını bütün dünya bilir. Ancaq dünya Qarabağı dirçəltdiyimizi də bilir və görür. Şanlı Zəfərdən sonra Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin tapşırıqlarına uyğun olaraq, işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası istiqamətində mühüm tapşırılar verib. O tapşırıqlar ki, icrası uğurla davam edir.

Hazırda Qarabağ və Şərqi Zəngəzur böyük bir tikinti meydançasına bənzəyir. Böyük infrastruktur layihələri uğurla icra olunur, yaşayış məntəqələri tamamilə yenidən qurulur, sənaye, kənd təsəsrrüfatı və xidmət sektoruna aid müəssisələr inşa olunur. Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsləri ilə Qarabağda və Şərqi Zəngəzurda, erməni vandalları tərəfindən dağıdılmış qədim mədəni və dini abidələrimizin sürətli bərpası istiqamətində misilsiz işlər görülür. Artıq Qarabağın əsl sahibləri onu sevgi, qayğı və böyük sevinclə başdan-başa yenidən qururlar. Cənnəti xatırladan Qarabağ keşmişlə müasirliyin vəhdətində yenidən bərpa edilir. 15 oktyabr tarixində Azərbaycan Prezidenti bayrağımızı quruculuq işlərimizin yeni ünvanlarında dalğalandırdı. Lakin bunadək…

Sentyabrın 19-20-də Azərbaycan üçtərəfli Bəyanatın müddəalarının təmin olunması, Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınmas, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərk-silah edilərək ərazilərimizdən çıxarılması, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsi, konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə lokal xarakterli antiterror tədbirləri gerçəkləşdirdi. Böyük qürur hissi ilə demək lazımdır ki, sentyabrın 19-da başladığımız böyük iş cəmi 23 saat 43 dəqiqə ərzində uğurla başa çatdı. Azərbaycan öz suverenliyini bərpa etdi. Cənab Prezidentin dediyi kimi “Heç kim bizim iradəmizə təsir edə bilməz. Heç kim bizimlə ultimatum dili ilə danışa bilməz”.

Bəli, heç kim iradəmizə təsir göstərə, bizi yolumuzdan döndərə bilməz. Çünki bu qələbə, uğurlu nəticələr məhz Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin “Güclü ordu-güclü dövlət” strategiyasının konseptuallıq və fundamentallıq təntənəsidir. Oktyabrın 15-də o təntənədə daha bir şanlı səhifə yazıldı. Qalib sərkərdə cənab İlham Əliyev xalqımıza növbəti qələbənin sevincini yaşatdı. Mübarək bayrağımız əzəli və əbədi torpaqlarımızda – Xankəndidə, Xocavənddə, Ağdərədə, Əsgəranda ucaldı. Sübut etdik ki, Azərbaycan xalqı və onun qurduğu dövlət güclüdür, yenilməzdir, torpaqlarının əsl sahibidir.

Bəli, Xankəndi azaddır, bu qədim şəhərimizin mərkəzində Prezident İlham Əliyevin də vurğuladığı kimi, onillərlə separatizmin yuvası olmuş binada bayrağımız dalğalanır. Azərbaycanı hədələyib, paytaxtımızı işğal edəcəklərini bildirənlər, “Bakıda çay işəcəyik” deyə hədə-qorxu gələnlər artıq istintaq təcridxanasındadırlar. Onillərlə azərbaycanlılara qarşı qətliamlar törətmiş canilər həbsxanadadırlar… Prezident Xankəndini gəzir… Bu sevinci necə izah etmək olar ki… Yeni tarix, yeni gün. Allahın da, səmanın da, torpağın da bizim haqq yolundakı savaşımıza duası varmış. Haqq-ədalət yerini tapdı, Xan kəndinə qayıtdı..
Bu gün sözü imzası qədər dəyərli olan Ali Baş Komandan, Prezident İlham Əliyev Prezidentlik fəaliyyətinin iyirmi ilində çoxəsrlik Azərbaycan tarixində xalqımıza Qarabağ Zəfərini bəxş edən, bizi qalib xalqa çevirən Zəfər imzalı qüdrətli liderdir. Bu gün qalib xalq və qalib dövlət olaraq daha xoşbəxt, daha güclü və daha qüdrətliyik!

Fəridə Ağazadə

Mətbuat Şurasının İcracı Katibinin müavini

www.yenicag.az

237
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv