!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Xaqani Məmmədov "Qarabağ"a kölgə salır, "Qəbələ"yə isə ....

!Reklam – Yazi

“Azərbaycan futbolunda hakim qərəzi məsələsinə hər zaman rast gəlinir. Ancaq bu cür haqsızlıqlar daha çox “Qarabağ”ın uğurlarına kölgə salmaq üçündür”. Bu fikirləri idman mütəxəssisləri sosial şəbəkələrdə gedən müzakirələrdə qeyd ediblər.

Mütəxəssislərin fikrincə, bunun əsil səbəbi Ağdam təmsilçisinin də AFFA-dan asılı vəziyyətə salınmasıdır. Ancaq Abdulbari Gözəl buna imkan vermir.

Çünki o, klubu əldən vermək istəmir. Dünən XVI turun baş tutan iki matçında (“Qəbələ”- Neftçi”, AZAL-“Qarabağ”) hakim qərəzləri diqqətdən yayınmayıb.

Xaqani Məmmədovun uğursuz kadrlarından biri kimi adlandırlan Orxan Məmmədovun AZAL – “Qarabağ” oyunundakı idarəçiliyi hamının narazılığına səbəb olub. Belə ki, o “təyyarəçi”lərin futbolçusu Sadio Tounkaraya lazımsız yerə ikinci sarı vərəqəni göstərir və komandasını azlıqda qoyur. Bununla da meydan sahibləri 1:2 hesabla məğlub olurlar. Ancaq sosial şəbəkələrdəki müzakirələrdə də bildirildiyi kimi, AZAL Ağdam təmsilçisindən qat-qat zəif çıxış etdi. “Qarabağ”lıların rəqibini məğlub etməsi o qədər də çətin məsələ ola bilməzdi. Bu oyunla bağlı sosial şəbəkələrdə gedən müzakirəyə görə, burada əsas təqsirləndirilən AFFA Hakimlər Komitəsinin rəhbəri Xaqani Məmmədovdur. Belə ki, X.Məmmədovun buradakı əsas məqsədi Qurban Qurbanovun komandasının Azərbaycan futbolu adına gördüyü işlərə xətt çəkməkdir.
Sadio Tounkara isə qırmızı vərəqə üzündən cəzalıdır. Malidən olan legioner AZAL-ın “Qarabağ”la ev oyununda hakim səhvi üzündən meydandan kənarlaşdırılıb. O, iki sarı vərəqə üzündən “qırmızı” aldığından növbəti turun “Qəbələ” ilə səfər matçında iştirak edə bilməyəcək.

“Qəbələ”- “Neftçi” oyunu da belə problemlərlə diqqət çəkirdi.

Ruslan Abışov “Neftçi”nin “Qəbələ” ilə səfər oyununda vərəqə sayına görə yenə “fərqlənib”. O, cari mövsümdəki sarı vərəqə sayını dördə çatdırıb. Bu, onun Bakı klubuna qayıdışından sonra ilk xəbərdarlığı olsa da, mövsümün I yarısında “İnter”in heyətində alınan 3 sarı vərəqə Abışovun yolunda “qırmızı işıq” yandırıb. Ruslan fevralın 9-da məhz “İnter”lə səfər matçını buraxmalı olacaq.

“Qəbələ” – “Neftçi” oyununda da baş verdi. “Qəbələ” 77-ci dəqiqədə fərqləndi və videotəkrar sübut etdi ki, qələbə qolu ofsayddan vurulub.

Burada isə Tale Heydərovun rəhbərlik etdiyi “Qəbələ” klubuna qarş bir “təxribat” irəli sürüldüyü görünür.
Keçmiş FİFA referisi Anar Salmanovun da müsahibəsində dediyi kimi, “Nə vaxta kimi Xaqani Məmmədov kreslosunda oturacaq, bu problemlər də olacaq. Özünüz baxın, görün o komitəyə görə nə qədər söz-söhbətlər, problemlər var. Yəni həmin komitənin rəhbər postuna sağlam nəfəs, sağlam insan gəlməlidir. Təbii ki, əvvəllər də səhvlər olub, olacaq da. Amma bu qədər səhvlər olmaz. Həmişə demişəm, ona hakimlik lazım deyil”.

Aygün İlqarqızı

Yenicag.az

www.yenicag.az

622
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv