Xaricdə doktorantura təhsili üçün sənəd qəbulu gələn həftə bitəcək
“2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində xaricdə doktorantura təhsilinə dair sənəd qəbulu davam edir. Proses aprelin 1-də yekunlaşacaq.
Bu barədə Yenicag.az-a Elm və Təhsil Nazirliyindən bildirilib.
Nazirliyin nəzdində Dövlət Proqramı İdarəetmə Qrupu nüfuzlu xarici ali təhsil müəssisələrində prioritet ixtisas istiqamətləri üzrə doktoranturaya qəbul olmağa hazırlaşan və ya hazırda təhsil alan Azərbaycan Respublikası vətəndaşlarını 2023-cü il üzrə həyata keçirilən ilk sənəd qəbulunda iştirak etməyə dəvət edir.
Proqrama müraciət üçün tələb olunan sənədlərin siyahısı, elana dair ətraflı məlumatı nazirliyin saytından əldə edə bilərsiniz.