Xaricdə təhsil alanların DİQQƏTİNƏ: Dil tələbi aradan qaldırıldı

media-hightechnic-468x90

Xaricdə təhsil alanların diplom tanınması ilə bağlı müraciətində dil tələbi aradan qaldırılıb.

media-banner_tuq

Yenicag.az xəbər verir ki, bunu Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İdarə Heyətinin sədri Tural Əhmədov deyib.

O bildirib ki, əvvəlki qaydalara görə xaricdə təhsil alan tələbə diplom tanınması üçün müraciət etdikdə tədris dili ilə bağlı imtahan verirdi:
“Lakin hazırda diplom tanınması ilə bağlı dil tələbi aradan qaldırılıb. Bu səbəbdən diplomunun tanınması ilə bağlı müraciətinə mənfi rəy verilən şəxslər yenidən müraciət edə bilərlər”./APA

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05