Xaricdən aldığımız 80 min balıq

media-hightechnic-468x90
indirMuxtar respublikada balıq ehtiyatlarının zənginləşdirilməsi məqsədilə Naxçıvan Şəhər İcra Hakimiyyəti tərəfindən İran İslam Respublikasından alınmış 4 növ – çəki, amur, qalın və ala növləri olmaqla, ümumilikdə, 80 min ədəd vətəgə əhəmiyyətli balıq Uzunoba Su Anbarına buraxılıb.
Son illər muxtar respublikada həyata keçirilən genişmiqyaslı quruculuq tədbirlərinin bir hissəsini də göllərin, su anbarlarının əsaslı təmir və yenidən qurulması və burada canlı mühitin bərpa olunması istiqamətində görülən işlər təşkil edir.

Cari ildə 8 milyon kubmetr su tutumu olan Uzunoba Su Anbarı əsaslı təmir və yenidənqurma işlərindən sonra istifadəyə verilib. Bu, suvarma suyuna olan tələbatın ödənilməsinə əlverişli şərait yaratmaqla bərabər, balıq ehtiyatlarının zənginləşdirilməsinə də geniş imkanlar açıb.
(azertag.com)
media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600