!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Xaricdən İrəvana TƏLİMATLAR: “Bu tarixdə təxribatların artacağı gözlənilir”

!Reklam – Yazi

“Azərbaycan Müdafiə Nazirliyi üzərinə düşəni edir. Bütün xəbərlərdə görürük ki, qarşı tərəfin təxribatları Azərbaycan tərəfindən cavablandırılır”.

Bu sözləri Yenicag.az-a açıqlamasında ehtiyatda olan polkovnik Üzeyir Cəfərov deyib.

Hərbi ekspert Ermənistan ordusunu son günlər şərti sərhədin Naxçıvan Muxtar Respublikası istiqamətində atəşkəsi pozması və İrəvanın Qərb tərəfdaşlarının köməkliyi ilə silahlanması faktına münasibət bildirib.

“Bu cür təxribatların yenidən baş verib-verməyəcəyi məsələsinə gəldikdə, düşünürəm ki, sentyabr ayında say daha da çox olacaq. Yəni atəşkəs rejiminin pozulması haqqında məlumatları daha çox oxuyacağıq.

9 sentyabrda mətbuatda belə bir xəbər getdi ki, Ermənistanın Baş naziri Nikol Paşinyanın təqdimatı əsasında ölkə prezidenti Vaaqn Xaçaturyan V ordu korpusunun komandiri Sasun Badasyan tutduğu vəzifədən azad edib. Bu, adi bir məlumat kimi diqqətimizi cəlb etsə də, əslinə qalsa, V ordu korpusunun komandiri 2023-cü ilin fevral ayında sözügedən korpusa komandir təyin olunmuşdu. İndi məlum olur ki, general Badasyan Gümrüdəki 102-ci hərbi bazasında olan dostlarının, o cümlədən Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin sərhəd-mühafizə qurumları zabitlərinin təhriki ilə ayrı-ayrı yerlərdə bu cür özbaşınalığa yer verirmiş. Nəticədə Paşinyan da məcburiyyət qarşısında qalıb onun vəzifədən azad edilməsi üçün prezidentə təqdimat verir. Prezident də generalın vəzifədən azad olunması ilə bağlı qərar verir”, – deyə o, söyləyib.

Polkovnik əlavə edib ki, bu faktın özü də Paşinyanın dediklərinin təsdiqidir ki, bu gün orduda hələ də ona tabe olmayan və bəzi dövlətlərin maraqlarını təmsil etməyən güclər var:

“O vaxtı Paşinyana qarşı bir sıra generallar ultimatum imzalamış, onun istefasını tələb edirdilər. Sonralar Paşinyan onların bəzilərini ordudan uzaqlaşdırdı, digərlərinin isə yerdəyişməsini həyata keçirdi. Bədbəxt Sasun Badasyan da sələflərini yolunu getmək istəsə də, alınmadı. Odur ki, bu gün Ermənistan ordusunda təxribatlara yol verən qüvvələr mövcuddur.
Həmçinin Ermənistan dövləti bəzi fikirlərini səsləndirir və bəzi ölkələrin İrəvana verdiyi təlimatlar çərçivəsində bəzi hərəkətlər həyata keçirir, silahlanır. Bilirik ki, Ermənistanın müdafiə naziri Suren Papikyan Çin Xalq Respublikasındadır və çinli rəsmilərlə danışıqlar aparır. Ermənistan silahlanır və silahlanacaq. Burada hər hansı bir təəccüb doğurası bir məsələ yoxdur. Çünki Ermənistan dünən də silahlanıb, bu gün də silahlanır, sabah da silahlanacaq. Ona görə ki İrəvana tapşırıq verən dövlətlər bu istiqamətdə ona var gücləri ilə dəstək olurlar”.

Ü. Cəfərov hesab edir ki, sentyabr ayında təxribatların sayı çox olacaq:

“Bunun bir səbəbi də 44 günlük savaşla bağlıdır. Çünki bu savaşın növbəti – 4-cü ildönümü yaxınlaşır və ermənilər həmişə bu cür tarixləri bir qədər ağrılı qarşılayırlar deyə bu kimi təxribatlar davam edəcək.

Azərbaycanın şərti sərhəddə hərbi əməliyyatlar keçirməsi ilə bağlı səslənən iddialara gəldikdə isə noyabr ayı daxil olmaqla Azərbaycan böyük təxribatlar olmasa, hansısa hərbi əməliyyatlar keçirməyəcək. İndiki halda, bu təxribatlar bizim üçün o qədər də böyük bir problem yaratmır deyə Azərbaycan Müdafiə Nazirliyi şərti sərhəddə lazımi işləri görür. Ona görə də bununla bağlı narahatlıq yoxdur”.

Rafi Müslümov

www.yenicag.az

709
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv