“Xarici dairələrə münasibətdə mətbuatımız böyük işlər aparmaqdadır”

media-hightechnic-468x90

Mubariz_Qurbanoglu_albomfgb“Avropa Oyunları zamanı xaricdən təsirlərə qarşı mübarizədə Azərbaycan mətbuatı böyük iş görüb. İdeoloji müstəvidə işğalçı Ermənistana, eləcə də Azərbaycana qarşı olan digər xarici dairələrə münasibətdə mətbuatımız böyük işlər aparmaqdadır”.

Bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Mətbuat Şurasının birgə təşkil etdiyi “Milli mənəvi dəyərlər və müasirlik” mövzusunda yazı müsabiqəsinin yekunları ilə bağlı keçirilən tədbirdə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.

M. Qurbanlı bildirib ki, prezident İlham Əliyev Qafqaz Müsəlmanları İdarəsi sədrinin təşkil etdiyi iftar mərasimində çıxışı zamanı mili-mənəvi dəyərlərlə bağlı həm mətbuata, həm də dünya ictimaiyyətə mesajlar verdi: “Nazirlər Kabinetinin iclasında da bu məsələlərə toxundu. Dövlət başçısı milli-mənəvi dəyərlərin təbliğinə xüsusi diqqət yetirilməsini zəruri saydı. Milli-mənəvi dəyərləri qorumaq xalqın əsas vəzifələrindən biridir. Bu dəyərlər milli kimlik məsələsidir”.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600