“Xarici kəşfiyyat orqanlarına işləyən adamlardır”

media-hightechnic-468x90

musaquliyev_esasBu insanların abır-həyası olsaydı, çoxdan siyasətdən gedərdilər. Onlar əmək kitabçalarına yazılmaq xatirinə faydalı işlərlə məşğul olardılar.

Bunu millət vəkili Musa Quliyev Yeni Azərbaycan Partiyasının (YAP) rəsmi saytına müsahibəsində dilə gətirib.

O bildirib ki, bu insanlar sonralar isə övladları, nəvələri öz yaşıdları qarşısında utanmazdılar ki, böyükləri ömrü boyu faydalı işlə məşğul olmayıblar: “Belə adamlar demaqogiyadan əl çəkməlidir. Xaricdəki müəyyən dairələrin tapşırıqları ilə dövlətimizin əleyhinə bəyanat verməkdən əl çəkmək lazımdır. Bu adamlar reallıqları qəbul etməlidir”.

Millət vəkili deyib ki, neft gəlirlərinin düzgün istifadə olunmaması haqda deyilənlər tamamilə yanlış mövqedir: “Məsələn, müvafiq dövlət proqramı çərçivəsində 5 mindən çox gəncimiz dünyanın ən aparıcı universitetlərində təhsil alırlar. Onlar məhz dövlətin ayırdığı vəsait hesabına xaricdə oxuyurlar. Neft kapitalının insan kapitalına çevrilməsi istiqamətində bu faktı qəbul etməmək mümkündürmü? Əlbəttə ki, yox. Yuxarıda qeyd etdiyim kimi 10 ildən artıq bir müddətdə 3000 məktəb, 600 tibb müəssisəsi tikilib istifadəyə verilib, yüzlərlə parklar salınıb, yollar çəkilib. Eləcə də, bölgələr abadlaşır, 1 milyon 300 mindən çox yeni iş yerləri açılıb. Bunlar hamısı nəyin hesabınadır? Prezident İlham Əliyevin düzgün siyasətinin nəticəsidir. Bunlar hamısı neft gəlirlərinin düzgün bölüşdürülməsinin və balanslaşdırılmasının hesabınadır”.

Bu gün dünya böyük iqtisadi böhran içərisində çabalayır deyən M.Quliyev vurğulayıb ki, Avropanın böyük dövlətləri öz siyasətlərinə yenidən baxırlar, iş yerləri ixtisar olunur, əmək pensiyaları kəsilir, əmək haqları aşağı salınır: “Amma Azərbaycan bu böhranı elə də hiss etmir. Onun hesabına hiss etmir ki, vaxtında neftdən gələn gəlirlər düzgün istiqamətləndirilir. Bu gün ölkəmizin 50 milyard dollardan artıq valyuta ehtiyatı var. Yəni Azərbaycan dövləti iki il ərzində heç bir gəlir əldə etmədən xalqımızı bugünkü səviyyədə yaşatmağa qadirdir”.

M.Quliyev həmçinin, əlavə edib ki, bütün bunların müqabilində radikal müxalifətin nümayəndələrinin utanmadan dövlətin siyasətinin düzgün olmadığını iddia etməsi qərəzli mövqeyin göstəricisidir: “Əslində, onların belə fikirlərinə münasibət bildirmək də lazım deyil. Onların kim olduğunu xalq yaxşı bilir. Əgər sözlərində həqiqət olsaydı, ən azı keçirdikləri mitinqlərdə ailə üzvlərindən başqa adamlar da iştirak edərdi. Belələri müxtəlif xarici kəşfiyyat orqanlarına işləyən adamlardır. Bunların bir hissəsi ifşa olunub, hazırda istintaq altındadır, digər hissəsi də yəqin öz növbələrini gözləyirlər. Ümumilikdə, isə ölkəmizin sosial-iqtisadi durumu haqqında radikal müxalifətin nümayəndələrinin fikirlərini qeyri-ciddi hesab edirəm”.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600