Xarkov atəşə tutuldu – Yaralılar var

media-hightechnic-468x90

Rusiya hərbi qüvvələri Ukraynanın Xarkov vilayətinin Kovşarovka kəndini atəşə tutub, yaralılar var.

Yenicag.az Unian-a istinadən xəbər verir ki, bu barədə Xarkov vilayətinin rəhbəri Oleq Sinequbov bildirib.

Onun sözlərinə görə, atəş nəticəsində 73, 85 və 90 yaşlı 3 nəfər, o cümlədən hamilə qadın, 14 yaşlı yeniyetmə və 10 yaşlı uşaq xəsarət alıb.

Kənddə yataqxana binası, 2 fərdi yaşayış evi və qaz xətti zədələnib. Rusiya qüvvələri Qluşkovka kəndini də atəşə tutublar. Orada 60 yaşlı qadın yaralanıb.

Yaralılar xəstəxanaya yerləşdirilib.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 02.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa