!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Xəstəxananın işçiləri dəhşətli qəzaya düşdü: Ölən var

!Reklam – Yazi

Quba Rayon Mərkəzi Xəstəxanasının mühafizəçiləri qəzaya düşüb, ölən var.

Yenicag.az Report-a istinadən xəbər verir ki, hadisə bu gün səhər saatlarında rayon ərazisində qeydə alınıb.

Belə ki, Quba Rayon Mərkəzi Xəstəxanasının mühafizəçiləri işdən çıxıb evə gedərkən onların olduğu nəqliyyat vasitəsi digər avtomobillə toqquşub. Nəticədə mühafizəçilərdən biri Elnur Kəlbiyev dünyasını dəyişib, Sahil İsayevin isə vəziyyəti ağırdır.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan bildirilib ki, hazırda araşdırma aparılır.

COP29

www.yenicag.az

287
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv