!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Xəyallarının uğurlu sonucuna özünü elə inandırdı ki..." - Eltən Törəçi KİMDİR?

!Reklam – Yazi

Bu gün Azərbaycanlı rejissor, media qurucusu Eltən Qədimbəylinin doğum günüdür. 

ELTƏN TÖRƏÇİ KİMDİR?

O, bir Çölçüdür. Törəli Çölçü. Törəsinə hər çağ sadiq, Çölçü və bir Bozqır İnsanı. Azərbaycanda ilk dəfə çölçülüyün nə olduğunu göstərənlərdən oldu O. “Çölçü Klubu” adlı bir subkultura yaratdı və çevrəsində onlarca yaradıcı, işgüzar və sənət insanını birləşdirdi. Gerçək çevrəçiliyin nə olduğunu göstərmək üçün insan ayağı dəyməyən yerlərdə ilk özü düşərgəsini qurdu.

Deyirlər, dünyaya göz açdığın yurd yeri və insana verilən ad onun yaşamında böyük rol oynayır. Onun da doğulduğu yerin toponomi elə düşərgə deməkdir, adı isə elin gələnəklərinə uyğun davranan, öz elinə, yurduna layiq, uyğun olan anlamını verir. Doğulduğu yer qədim yurd yerlərimizdən olan Sədərək, adı isə Eltəndir, Eltən Qədimbəyli!

Azərbaycanlı rejissor, media qurucusu Eltən Qədimbəyli 1979-cu il yanvar ayının 7-də müəllim ailəsində dünyaya gəlib. Uşaq yaşlarından ziyalı öyüdləri ilə yetişən Eltən Qədimbəyli bu öyüdlərlə böyüdü. Valideynlərindən aldığı öyüdlər yoluna işıq saçdı, elinə, yurduna layiq bir insan oldu. Öncə uşaq fikirləri ilə dövləti üçün nələr edə biləcəyinin xəyalını qurdu. Bu xəyallarının uğurlu sonucuna özünü elə inandırdı ki, indi onun qarşısına qoyduğu məqsədlərdən heç bir güc ayıra bilməzdi. Addım-addım başladı bu xəyallarını gerçək etməyə. 1995-ci ildə orta təhsilini başa vurub öncə ADMİU-ni sonra isə K.Karpenko adına Kiev Dövlət Kino, Televiziya və Teatr Universitetini bitirdi. Bundan sonra bir neçə film və televiziya layihələrinin müəllifi oldu. Onun filmoqrafiyasına “Təlatüm” bədii filmi, “Adinin Qeyri-adisi”, “Cənub Salnaməsi” , “Qara reportaj”, “Min ev Sədərək”, “Sizi sevən Sərdaram” sənədli filmləri daxildir. İdeya müəllifi, rejissoru və pradüseri olduğu televiziya layihərindən  isə “Səyyah”, “Qonaq otağı”,  “Sahildə çay dəsgahı”, “Müzakirə”,”Zirvə”, “Səhnədəkilər”, “TV ensiklopediya”, “Fototaym”, “Yad adamın gündəliyi”,  “Yanıltmac savaşı”, “Çölçü oxçuluq yarışması”, “Yenilik Savaş”, “Qafqazın gündəmi”, “Öz dilində danış”, “Danışır qazi”, “Çöldə Yaşam Öyüdləri” verilişlərinin adlarının çəkmək olar. Karyerasına media sahəsindən, Azərbaycan televiziyasından başlayan Eltən Qədimbəyli müxtəlif illərdə fərqli televiziyaların rəhbəri vəzifələrində çalışıb. Hazırda isə Azərbaycanın ilk Turizm və biznes kanalı olan “Qafqaz” TV-nin rəhbəridir. Amma bunlarla bərabər 2015-ci ildə uşaq yaşlarından xəyalını qurduğu “Çölçü Klubunu” yaradaraq, Çölçülük alt kültürünün çevrəsində doğanı sevən, onu qorumağa hazır, doğa  ilə insan arasındakı harmoniyanı yaxalamağı bacaran və ya bunu istəyən insanları birləşdirdi. Çölü, doğanı sevdirdi insanlara, onun yolunu tutub gedən çölçülər qısa vaxt ərzində öz yaşam biçimləri ilə fərqləndilər. Azərbaycanın insan ayağı az dəyən, az gedilən, amma turizm potensialı böyük olan yerlərə təşkil etdiyi çölçü axınlarında vəhşi təbiətdə sağ qalmanı, doğa ilə insan arasındakı harmoniyanı yaxalama bacarıqları təlimləri keçdi. Bu harmoniyanı yaxalamağı bacaran insanların yaradıcılıq gücünü necə artırdığını, uğura aparan yol olduğunu göstərdi. Və onun yolu Törə ilə başladığı kimi Törə ilə davam edir. Gün gələcək, onun yolunda irəlilədiyi Törənin, Çölçü Törəsinin davamçıları onlarla yox, yüzlərlə, minlərlə, milyonlarla olacaq!

Xanım Xatun

 

 

www.yenicag.az

724
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv