!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Xəzər dənizində ekoloji monitorinqlər aparılır - FOTO

!Reklam – Yazi

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Əlif Hacıyev adına elmi-tədqiqat gəmisi ilə 4 aprel tarixindən Xəzər dənizində monitorinqlərə başlayan ekspedisiya qrupu bugünədək Abşeron, Palçıq pilpiləsi, Neft Daşları, Çilov, Bahar, Mərkəzi Azəri və Çıraq yataqlarında dənizin hidrobioloji vəziyyətini təhlil edib, ekoloji monitorinqlər həyata keçirib.

Yenicagaz xəbər verir ki, Ekspedisiya qrupunun rəhbəri, Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin rəisi Nazim Mahmudov bildirib ki, ekspedisiya zamanı qeyd olunan məntəqələr üzrə su, qrunt, dib çöküntüləri, zooplankton, bentos, hava nümunələri götürülüb, hidrometeoroloji ölçmələr və müxtəlif komponentlər üzrə tədqiqatlar aparılıb.

Qrup rəhbərinin sözlərinə görə, monitorinqlər aprelin 14-dək davam edəcək, tədqiqat işləri növbəti günlərdə Lənkəran, Kür dili və Cənub-Şərqi Qoltuq kəsimlərində aparılacaq, həmçinin biomüxtəliflik üzrə tədqiqat işləri həyata keçiriləcək.

www.yenicag.az

309
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv