Xəzərdə daha bir balıqçı batıb.
Noyabrın 11-də nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Pirallahı rayonu ərazisində dənizdə 1 balıqçının batması barədə məlumat daxil olub. Hava şəraiti əlverişsiz olduğundan axtarışa bu gün Fövqəladə Hallar Nazirliyinin Aviasiya Dəstəsinin bir helikopteri cəlb olunub.
Əlavə məlumat veriləcək(APA).
www.yenicag.az