Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

“Xəzəryanı dövlətlərin əsas diqqəti təhlükəsizlik məsələlərinə yönəlib” – Qazaxıstanlı ekspert

Reklam: High Technic

“Rusiya və İran “burunlarının dibində” ABŞ hərbçilərinin olmasını qətiyyən istəmirlər”.

Aydos Sadıkov

Bu fikirləri Yenicag.ru-ya müsahibəsində Xəzərin hüquqi statusuna dair Aktauda imzalanmış yekun Konvensiyanı dəyərləndirən qazaxıstanlı ekspert Aydos Sadıkov deyib.

Aydos Sadıkovun fikrincə, Konvensiyanın imzalanmasından sonra Xəzər dənizində xarici hərbi bazaların yaradılması mümkün olmayacaq:

“Aktauda keçirilən sammiti diqqətlə izlədim və deyə bilərəm ki, Xəzəryanı dövlətlərin başçıları həmin tədbirdə əsas diqqəti təhlükəsizlik məsələlərinə yönəltdilər. Sammitdə məlum Konvensiyadan başqa terrorizmə və mütəşəkkil cinayətkarlığa qarşı mübarizə, o cümlədən digər məsələlərə dair sənədlər də imzalandı.

Sammitdə vurğu qoyulan əsas məsələlərdən biri Xəzər dənizində üçüncü ölkələrin hərbi mövcudluğuna imkan verməmək oldu. Məsələn, Azərbaycan və Türkmənistan prezidentləri sammitdəki çıxışlarında regional problemlərdən danışaraq, təhlükəsizlik məsələlərinə də toxundular.

Rusiya və İran isə öz növbələrində Xəzərdə hərbi təhlükəsizlik məsələsini qabardaraq, kənar qüvvələrin bu hövzədə hərbi iştirakının önlənməsinin vacibliyini bəyan etdilər. Onlar ad çəkməsələr də, məlumdur ki, bu kontekstdə söhbət məhz ABŞ-dan gedir.

Çünki Rusiya da, İran da ABŞ-la qarşıdurma vəziyyətindədirlər və onlar “burunlarının dibində” amerikan hərbçilərinin olmasını qətiyyən istəmirlər. O baxımdan, Rusiya və İran dövlət başçılarının bununla bağlı müraciətlərinin məhz Qazaxıstan prezidenti Nursultan Nazarbayevə ünvanlandığını söyləyə bilərik. Çünki Nazarbayev bu ilin yanvarında Vaşinqtona səfəri zamanı ABŞ hərbçilərinin Kurık və Aktau limanlarından istifadə etmələrinə dair Donald Trampla razılığa gəlib.

Bu məsələ yaz aylarında kifayət qədər aktuallaşdı və Qazaxıstan hakimiyyəti Rusiya mediası və siyasətçilərinin şiddətli informasiya hücumuna məruz qaldı. Ona görə də, Xəzər Konvensiyasının imzalanmasından sonra yəqin ki, Nazarbayev amerikanlara verdiyi vəddən imtina etməli olacaq. Ancaq həmin razılaşmadan birmənalı imtina olunacağını da düşünmürəm. Fikrimcə, ABŞ yükləri bu və ya digər formada Qazaxıstan ərazisi vasitəsilə daşınacaq. Ancaq hərbi yüklərin daşınması problemli görünür”.

www.yenicag.az

2050
reyting.az
www.interpress.az
www.busaat.az
MARGIN-BOTTOM

Ziraat Bank New 768×90 / 320×100