Xəzəryanı ölkələr birləşir

media-hightechnic-468x90

1413285715_xezer-denizi_420x250Xəzəryanı ölkələr parlamentlərarası assambleya yaradır.

Azərbaycan, İran, Qazaxıstan, Rusiya və Türkmənistanın nümayəndələri avqustun 12-də Həştərxanda Xəzər parlamentlərarası assambleyasının yaradılmasını müzakirə edəcəklər.

Bu barədə “Təmiz dənizlər” beynəlxalq ekoloji fondunun rəhbəri Vasili Boqoslovski açıqlama verib.

Onun sözlərinə görə, parlamentlərarası assambleyanın yaradılması ideyası təqdim olunacaq, müvafiq təkliflər Xəzəryanı ölkələrin parlament nümayəndə heyətlərinə veriləcək: “Assambleyanın əsas məqsədi komissiya səviyyəsində nail ola bilmədiyimiz mürəkkəb məsələlərin üzərində daimi işləməkdir”.

Qeyd edək ki, hər il avqustun 12-də Xəzər Günü qeyd edilir.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600