“Bir çox beynəlxalq məsələlərdə qərarların alınmasında Qlobal Bakı Forumunun müstəsna əhəmiyyəti var”.
Bunu Yenicag.az-a açıqlamasında Azərbaycanda keçirilən XII Qlobal Bakı Forumunda iştirak edən siyasi şərhçi Tural İsmayılov deyib.
Analitik belə tədbirlərin ölkəmiz üçün perspektivlərindən söz açıb.
Onun sözlərinə görə, XII Qlobal Bakı Forumu bir daha nümayiş etdirir ki, bu gün Azərbaycan dünyanın əsas müzakirələrinin aparıldığı mərkəzə çevrilib.
“Dəyişən dünya nizamı fonunda Azərbaycanın qlobal müzakirələrin mərkəzi halına gəlməsi, həmçinin bu gün ölkəmizin beynəlxalq miqyasda uğurlarının artması və Qlobal Bakı Forumunda dünyanın bir çox ölkələrindən ayrı-ayrı siyasətçilərinin bu tədbirə təşrif buyurması artıq ənənə halını alıb”, – deyə o bildirib.
Ətraflı videomaterialda:
Nəsimi Ələsgərli
Samir Məcidov
www.yenicag.az