XİN: Azərbaycan Qırğızıstanla sıx tərəfdaşlığın dərinləşdirilməsinə sadiq qalır

media-hightechnic-468x90

Azərbaycan Qırğızıstanla sıx tərəfdaşlığın dərinləşdirilməsinə, regional inkişaf və əməkdaşlıq üzrə ortaq məqsədlərimizin irəlilədilməsinə sadiq olaraq qalır.

media-banner_tkm

Yenicag.az xəbər verir ki, bu barədə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun Nyu-Yorka səfəri çərçivəsində qırğızıstanlı həmkarı Jeenbek Kulubayev ilə görüşündə qeyd olunub.

“Nazirlər Azərbaycan-Qırğızıstan gündəliyinin əsas aspektləri, o cümlədən ən yüksək səviyyədə əldə edilmiş razılaşmaların icrası, ticarət və investisiya əlaqələrinin genişləndirilməsi, həmçinin regional və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın gücləndirilməsi barədə fikir mübadiləsi aparıblar”, – Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) “X” sosial şəbəkə hesabında edilən paylaşımda bildirilib.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05