!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

XİN başçısı: “İtaliya Azərbaycanın əsas ticarət tərəfdaşına çevrilib”

!Reklam – Yazi

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və italiyalı həmkarı Ancelino Alfano arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyi münasibətilə təbrik məktubu mübadiləsi həyata keçirilib.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən “Report”a verilən məlumata görə, E.Məmmədyarov həmkarına ünvanladığı məktubunda ötən 25 il ərzində Azərbaycan və İtaliya arasında siyasi, iqtisadi, habelə mədəniyyət və təhsil sahələrində əməkdaşlığın inkişafının məmnunluq doğurduğunu qeyd edib.

2017-ci ildə İtaliyaya rəsmi səfərini məmnunluq hissi ilə xatırladan Azərbaycan XİN başçısı bu cür səfərlərin iki ölkə arasında mövcud olan ikitərəfli və beynəlxalq strukturlar çərçivəsində əməkdaşlıq əlaqələrinin inkişafına, münasibətlərin dərinləşməsinə və keyfiyyətcə yeni mərhələyə qalxmasına təkan verəcəyinə əminliyini ifadə edib.
Nazir Azərbaycan və İtaliya arasında uğurlu əməkdaşlıq layihələri, xüsusilə “TAP” layihəsinin iki dövlət və xalq arasında dostluğun bundan sonra daha da gücləndirilməsinə xidmət edəcəyinə ümidvar olduğunu bildirib.
E.Məmmədyarov İtaliyanın 2017-ci ildən ATƏT-in Troykasına üzv olduğunu nəzərə alaraq, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri əsasında Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində tezliklə və ədalətli həlli istiqamətində İtaliyanın səylər göstərəcəyinə böyük ümidlər bəslədiyini deyib.

İtaliyanın xarici işlər naziri Ancelino Alfano Elmar Məmmədyarova ünvanladığı məktubunda ötən 25 ildə ölkələrimizin xüsusilə iqtisadi sahədə mühüm əməkdaşlıq əlaqələri qurmağa müvəffəq olduğunu, İtaliyanın tədricən Azərbaycanın əsas ticarət tərəfdaşına çevrildiyini bildirib. İtaliyanın Azərbaycanla iqtisadi və ticarət əlaqələrinin dərinləşdirilməsi və şaxələndirilməsi, habelə şirkətlərimiz və vətəndaş cəmiyyətlərimiz üçün yeni imkanların araşdırılması istiqamətində birgə səy göstərməyə hazır olduğunu qeyd edib.

Nazir Ancelino Alfano İtaliyanın Azərbaycan və Aİ arasındakı münasibətlərin intensivləşdirilməsini qətiyyətlə dəstəkləməyə davam edəcəyini deyib. Azərbaycanla Aİ arasında tərəfdaşlığa dair yeni sazişin razılaşdırılması üzrə işlərin başlanmasının Italiya tərəfindən həmişə müsbət qarşılandığını vurğulayan nazir bunun qarşılıqlı maraq doğuran məsələlər üzrə dialoqun stimullaşdırılması və bütün sahələrdə əlaqələrimizin daha da gücləndirilməsi üçün əlverişli çərçivə yaradacağına əminliyini ifadə edib.

Yeniçağ.az

www.yenicag.az

481
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv