Reklam: Sinerji
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
ZiraatBank

XİN başsağlığı verdi

74725Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi Latviyanın Azərbaycan Respublikasındakı Fövqəladə və Səlahiyyətli Səfiri Hardijs Baumanisin vəfatı ilə əlaqədar mərhumun ailə üzvlərinə və yaxınlarına və Latviyanın Xarici İşlər Nazirliyinə dərin hüznlə başsağlığı verib.

Yenicag.az anspress-ə istinadən xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev mətbuata açıqlamasında qeyd edib.

O bildirib ki, səfir Hardijs peşəkar diplomat və yüksək əxlaqı keyfiyyətlərə və ləyaqətə malik insan idi: “O, Azərbaycan ilə Latviya arasında dostluq və əməkdaşlığın inkişafı üçün səylərini əsirgəmirdi. Allah rəhmət eləsin!”, -deyə XİN rəsmisi söyləyib.

Qeyd edək ki, Latviyanın Azərbaycandakı səfiri Hardis Baumanis Bakıda dünyasını dəyişib. Latviyalı diplomat aprelin 6-da vəfat edib. O, ölkələrimiz arasında əlaqələrin inkişafında böyük rol oynayıb.

1967-ci ildə dünyaya gələn H.Baumanis Azərbaycandan əvvəl Litvada səfir və Sankt-Peterburqda baş konsul vəzifələrində çalışıb. Səfirin vəfatını Latviya XİN təsdiqləyərək ailəsinə başsağlığı verib.

www.yenicag.az

251