!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

XİN: "Onların da adı "arzulounmaz şəxslər" siyahısına salınacaq"

!Reklam – Yazi

“Qadınlar sülh naminə” təşəbbüsü barədə artıq səsləndirilmiş mövqeyimizə əlavə olaraq təkrar edirik ki, sülh istəyənlər müharibəni davam etdirməməli, insan itkisinin qarşısını almaq istəyənlər digər dövlətin ərazilərini hərbi işğal altında saxlamamalı və nəhayət, qadınları və anaları sülhə dəvət edənlər şəxsən öz övladlarını Azərbaycanın beynəlxalq tanınmış ərazilərinə hərbi xidmətə göndərməməlidirlər.

Yenicag.az xəbər verir ki, bunu Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva bildirib.

O qeyd edib ki, Azərbaycan Respublikasının qanunlarını ciddi şəkildə pozaraq ölkəmizin işğal edilmiş ərazilərinə qanunsuz səfər edən əcnəbi vətəndaşlara gəldikdə isə hazırda onlarla bağlı məlumat araşdırılır və bu şəxslər müəyyənləşdirildikdən sonra onların adlarının ölkəmizə girişi arzuolunmayan şəxslər siyahısına əlavə edilməsi ilə bağlı müvafiq qərar qəbul ediləcək.

Qeyd edək ki, Ermənistan baş nazirinin həyat yoldaşı Anna Hakopyanın Rusiyadan olan bir qrup qadınla ölkəmizin işğal olunmuş Dağlıq Qarabağ bölgəsinə səfəri baş tutub.

www.yenicag.az

5794
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv