Xirosimada G7 sammiti başladı

media-hightechnic-468x90

Xirosimada (Yaponiya) G7 sammiti başlayıb. Müzakirələrdə Yaponiyanın baş naziri Fumio Kişida ilə yanaşı, ABŞ, Fransa, Böyük Britaniya, Almaniya, Kanada və İtaliya liderləri də iştirak edir.

Yenicag.az xəbər verir ki, sammitə Avropa İttifaqı, İndoneziya, Hindistan, Cənubi Koreya, Avstraliya və Vyetnam nümayəndələri də dəvət olunub.

Qeyd edək ki, “Bloomberg” öz mənbələrinə istinadən Ukrayna Prezidenti Volodimir Zelenskinin də G7 sammitində iştirak etmək üçün Yaponiyaya gedəcəyini xəbər verib.

Bildirilib ki, Ukrayna prezidenti bundan əvvəl Ərəb Dövlətləri Liqasının sammitində iştirak etmək üçün Səudiyyə Ərəbistanında olacaq, oradan isə ABŞ hərbi təyyarəsi ilə Yaponiyaya səfər edəcək.

ABŞ Milli Təhlükəsizlik Şurasının nümayəndəsi nəşrə şərh verməkdən imtina edib. /oxu.az/

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 05.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa