!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Xızıda dağlıq-meşəlik ərazi YANĞIN - Bu nazirliklərin nümayədləri cəlb edildi - YENİLƏNDİ

!Reklam – Yazi

Xızı rayonu, Yuxarı Əngilan kəndi yaxınlığında dağlıq-meşəlik ərazidə baş vermiş yanğın havanın küləkli olmasına və relyefin mürəkkəbliyinə baxmayaraq Fövqəladə Hallar Nazirliyi tərəfindən görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində geniş sahəyə yayılmasına imkan verilmədən söndürülüb.

Bu barədə FHN-dən bildirilib.

Yanğının söndürülməsi əməliyyatlarında Fövqəladə Hallar Nazirliyinin müvafiq qüvvələri və Ekologiya və Təbii Sərvətlər Nazirliyi Meşə Təsərrüfatı Mərkəzinin əməkdaşları iştirak edib.

Əlavə məlumat veriləcək.

***

Fövqəladə Hallar Nazirliyi tərəfindən görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində Xızı rayonu, Yuxarı Əngilan kəndi yaxınlığında mürəkkəb relyefli dağlıq-meşəlik ərazidə baş vermiş yanğın məhdudlaşdırılıb.

FHN-dən Yenicag.az-a verilən məlumata görə, hazırda yanğının tam söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

Qeyd edək ki, yanğının söndürülməsi əməliyyatlarına Fövqəladə Hallar Nazirliyinin müvafiq qüvvələri və Ekologiya və Təbii Sərvətlər Nazirliyi Meşə Təsərrüfatı Mərkəzinin əməkdaşları cəlb olunub.

Əlavə məlumat veriləcək.

www.yenicag.az

361
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv