Xocalının Ballıca kəndində uzun illərdən sonra Od çərşənbəsi qeyd olunub.
Yenicag.az “Report”a istinadən xəbər verir ki, Ballıca kəndinə köç edən ailələr çərşənbə tonqalı qalayıblar.
Çərşənbə xonçası bəzədilib, tonqal ətrafında şənlik təşkil edilib.
Sakinlər bildiriblər ki, bu gün Xocalıda və Ballıca kəndində qalanan çərşənbə tonqalı həyat enerjisi və diriliyin rəmzini ifadə edir.
www.yenicag.az