!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Xorvatiyanın məşhur qrupunun ifaçısı: “Bakı nağıllar ölkəsi, möcüzəli şəhərdir”

!Reklam – Yazi

Xorvatiyanın Azərbaycandakı səfirliyinin təşəbbüsü ilə Xorvatiyanın tanınmış “Klapa Bosket” qrupu Bakıda konsert proqramı ilə çıxış etdi. Qrupun sevilən üzvü olan Toni Zekulic konsertdən sonra Moderator.az-ın suallarını cavablandırdı.

– Bu qrup hansı zərurətdən yarandı? 

– Bu qrup sevgi, hörmət, dostluq üzərində qurulub.  Mahnılarımız sevgidən yaranır. Biz də təsadüf nəticəsində bir araya gəlməmişik. Bu sevgi ilə əlaqəli bir şeydir.

“Klapa Bosket” Xorvatiyadan olan ənənəvi çoxpartiyalı oxuyan vokal qrupudur. Bu, bir neçə motivli akapella oxuması ilə xarakterizə olunur – sevgi, vətən, təbiət, din və ya istehzalı mahnılar. Klapa ifaçılığı əvvəlcə Dalmatiya bölgəsinin irsidir, lakin bu qrup Xorvatiyanın paytaxtı Zaqrebdə kollec oxuyan və daha sonra orada yaşamağa davam edən dalmatiyalı müğənnilər tərəfindən yaradılıb, buna görə də bu, onların bölgəsi və mənşəyinin bir növ nostalji ifadəsidir. Qrupumuz 2013-cü ildə yaradılıb və o vaxtdan bəri repertuarımızı 200-dən çox Dalmatian mahnısı ilə zənginləşdirib. Dalmatiya bölgəsindəki Bosket sözü oxuyan quşları qorumaq üçün istifadə edilən ağac deməkdir. Bizim Bosket dostluq və klapafolk mahnısıdır, çünki biz unudulmayacaq gözəl Dalmatian mahnılarını qorumaq üçün oxuyuruq.

– Azərbaycan haqqında hansı təsəvvürə malik idiniz?

– Azərbaycanı neft ölkəsi kimi tanıyırdıq. Son on ildə isə beynəxalq yarışlara ev sahibliyi edən, Xəzərin sahilində bir dövlət olduğunu bilirdik.  Amma bura gəldikdən sonra bütün düşüncələrimiz  dəyişdi. Çünki Bakı nağıllar ölkəsi, möcüzəvi şəhərdir. İnsanları mehriban və gülərüzdür, zəngin mədəniyyətə sahibdir. Milli-mənəvi dəyərləri, eyni zamanda dadlı mətbəx çeşidləri var. Mən bu qısa zamanda Bakıya aşiq oldum. Biz belə bir mənzərə ilə qarşılaşacağımızı  gözləmirdik. 2 gündür burda olsaq da, sanki bir aydır Bakıdayıq. Bu şəhər bizi sanki övladı kimi  qəbul edib. İki gündə çox gözəl yerləri gəzdik və gəzdiyimiz hər yer bizə çox doğma gəldi.

– Haraları gəzdiniz?   

– Gəzmək üçün çox az zamanımız oldu. Amma kifayət qədər gözəl yerləri gördük. Flame Tover, Dəniz kənarı Bulvar, Heydər Əliyev Mərkəzi, sarayı, Şəhidlər xiyabanını gəzdik.

Milli yeməklərinizdən düşbərə, lülə-kababın dadına heyran qaldıq.

–  30 ildir ki, Qarabağ işğal altına idi. Bu haqda xorvatiyalılar nə qədər məlumatlı idilər?– Biz Qafqazda nələrin yaşandığından xəbərdarıq. Təbii ki, işğalçı olmaq yaxşı hal deyil. Əslində xorvatlar sizləri çox gözəl başa düşür. Çünki sizin başınıza gələnlər, yaşadıqlarınız eynilə bizim də başımıza gəlib. Ona görə hesab edirəm ki, sizi bizdən yaxşı heç kim anlaya bilməz. Biz də 30 il əvvəl öz torpaqlarımız uğrunda mübarizə aparmışdıq.  Xorvatiya ilə Azərbaycanın bu baxımdan taleyi eynidir. Torpaqların işğal oluna və siz o torpağa ayaq basa bilməyəsiniz. Bu hiss bizə çox yaxındır.

– Azərbaycana yenidən gəlməyi düşünürsünüzmü?– Əminəm ki, Azərbaycana gəlişim çox olacaq. Gördüklərim məni məcbur edir ki, buraya çox gəlim. Pandemiya bitəndən sonra mütləq Azərbaycana bir daha gələcəm.

Xəyalə Rəis

www.yenicag.az

401
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv