!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"XXI əsrdə yeni nəsil təhsil idarəçiliyi və müasir yanaşmalar" mövzunda tədbir keçirildi - FOTOLAR

!Reklam – Yazi

22 oktyabr tarixində Nizami Kino Mərkəzində “EDU TİME” Təhsil və İnkişaf Mərkəzi, “İslahatçı Gənclər” İctimai Birliyi, Azxeber.com informasiya portalı və AGMA-nın təşkilatçılığı ilə “XXI ƏSRDƏ YENİ NƏSİL TƏHSİL İDARƏÇİLİYİ VƏ MÜASİR YANAŞMALAR” mövzusunda konfrans keçirilib.

Yenicag.az xəbər verir ki, tədbirin rəsmi hissəsində “İslahatçı Gənclər” İctimai Birliyinin sədri Fərid Şahbazlı, Elm və Təhsil Nazirliyinin Vətəndaşlara xidmət və informasiya şöbəsinin müdir müavini Səbuhi Rzayev, Sumqayıt Dövlət Universitetinin rektoru Rüfət Əzizov, Milli Məclisin deputatları Pərvin Kərimzadə, Vüqar İskəndərov və Naqif Həmzəyev çıxış edib.

Tədbirdə 500-ə yaxın təhsil işçisi iştirak edib.

Eyni zamanda Əməkdar artist Aybəniz Haşımova və Sənət Akademiyası, tanınmış müğənnilər Çinarə Məlikzadə və Sevinc Ağasıyevanın (SİVVA) ifaları tədbirin bədii hissəsinə xüsusi rəng qatıb.

Konfrans Kıbrıs Universitetlər Birliyinin sədri, Kıbrıs Elm Universitetinin təsisçisi Dr. Selman Arslanbaşın seminarı ilə davam edib. O “XXI ƏSRDƏ YENİ NƏSİL TƏHSİL İDARƏÇİLİYİ VƏ MÜASİR YANAŞMALAR” mövzusunda seminarla çıxış edib. Onun çıxışı xüsusi maraq və təqdirlə qarşılanıb.

Tədbirinin aparıcısı Azərbaycan Dövlət Televiziyasının Xəbərlər Proqramının siması Samirə Mustafayeva olub.

Sonda tədbirin iştirakçılarına sertifikat təqdim edilib.

Tədbirin fotoları təqdim edirik:

www.yenicag.az

289
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv