!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Ya müharibə, ya da Paşinyanın istefası, üçüncü variant yoxdur” - Zakaryan

!Reklam – Yazi

“Ya müharibəni, ya da Nikoluın istefasını seçin, üçüncü variant yoxdur”.

Yenicag.az erməni mediasına istinadla xəbər verir ki, bunu Ermənistan müdafiə nazirinin keçmiş müavini Artak Zakaryan sosial şəbəkə hesabında yazıb.

“Ya müharibəni, ya da Nikolun istefasını seçin. Bu gün üçüncü variant yoxdur.

Ermənistanın hər bir vətəndaşı istəsə də, istəməsə də, şüurlu və ya şüursuz bu seçimi başa düşməli və qəbul etməlidir.

Bu gün ermənilər ya daha dəhşətli müharibəyə hazırlaşmalıdırlar, ya da Nikolu uzaqlaşdırıb mövcud olan son dərəcə təhlükəli tendensiyaları Ermənistanın təhlükəsizlik maraqlarına çevirməlidirlər.

Fikir verin, günü-gündən yaxınlaşan müharibə ancaq sizin Nikolun Ermənistanın baş naziri olduğuna görə baş verəcək.

Yeni müharibənin Nikolla əlaqəsi ondan ibarətdir ki, o, Ermənistanın Rusiya və İranla kollektiv təhlükəsizlik və hərbi-siyasi gündəmini tamamilə iflasa uğradıb.

Münhen Təhlükəsizlik Konfransının nəticələrindən məlum oldu ki, kollektiv Qərb Ermənistanın təhlükəsizliyində maraqlı deyil və heç bir təminat verə bilməz.

İndiki vəziyyətdə Fransa da Ermənistana dəstək və təhlükəsizlik zəmanəti verə bilmir.

Ermənistana qarşı müharibə Rusiya və İran üçün sərfəli deyil, lakin Nikolun xarici ağalarının yeritdiyi siyasət birbaşa yeni müharibəyə gətirib çıxarır”, – Zakaryan qeyd edib.

Xuraman Etibarlı

COP29

www.yenicag.az

249
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv