Reklam
Ziraat Bank New 160×600
Koronavirus
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Yağışlı havaların yaratdığı PROBLEMLƏR: "İrihəcmli su boruları quraşdırılmalıdır"

“Kanalizasiya sisteminin düzgün qurulmaması yağışlı havalarda su borularının tez dolmasına səbəb olur”.

Bu sözləri yağışlı havalarda paytaxt Bakının yol və küçələrində müşahidə olunan acınacaqlı vəziyyəti dəyərləndirən nəqliyyat eksperti Aslan Əsədov Yenicag.az-a açıqlamasında deyib.

Ekspertə görə, mövcud problemin həlli üçün ölkədə kanalizasiya sistemi yenilənməlidir:

“Paytaxt Bakıda uzun müddət davam edən yağışlar təkcə yolların deyil, piyada səkiləri, ticarət mərkəzləri, yollara yaxın yerləşən bina evlərinin zirzəmilərinə də suyun dolmasına səbəb olur. Bu problem Bakı üçün yad deyil. Çünki Bakıda yenidənqurma işləri zamanı şəhərə düşən yağıntı miqdarını tənzimləyən xüsusi mexanizm tətbiq olunmur. Halbuki su boruları və kanalizasiya xətləri inşa olunmalıdır ki, yağıntılı havalarda müəyyən fəsadlar yaşanmasın. Kanalizasiya sisteminin düzgün qurulmaması demək olar ki, ölkənin bütün bölgələrində mövcuddur.

Problemin çıxış yollarından biri kanalizasiya və çirkab su axan xəttlərin biri-biriylə yaxşı səviyyədə əlaqələndirilməsidir. Ötürücülük qabiliyyəti aşağı olan su borularının yenilənməsi və daha irihəcmli borularla əvəzlənməsinə ehtiyac var. Əks halda hər il yaşanan bu problem qarşıdakı dövrlərdə də davam edəcək”.

Gülşən Şərif

www.yenicag.az

297
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100