Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

“YAP 1990-91-ci illərin Sov.İKP-sini xatırladır, idarəetmədə heç bir rolu yoxdur” – Zərdüşt Əlizadə

“Yeni Azərbaycan Partiyasına konkret siyasi təşkilat kimi yanaşmaq mümkün deyil”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında hakim Yeni Azərbaycan Partiyasının (YAP) sabah keçiriləcək növbədənkənar qurultayında qəbul ediləcək mümkün qərarlar haqda danışan politoloq Zərdüşt Əlizadə deyib.

Onun sözlərinə görə, YAP hakim partiya statusunda olsa da, onun siyasi idarəetmədə heç bir rolu yoxdur:

“Əvvəla, Yeni Azərbaycan Partiyasına konkret siyasi təşkilat kimi yanaşmaq mümkün deyil. Çünki o, sadəcə olaraq, bir fondur. Bilirsiniz ki, orta əsrlərdə heykəllərin abır yerini əncir yarpağı ilə qapadırdılar. Yeni Azərbaycan Partiyası da buna bənzər bir “örtük”dür. O baxımdan, YAP-ın tərkibində kim var, kim yox – bunlar əhəmiyyər daşımır.

Çünki bu partiyanın nə bir aydın ideologiyası var, nə də dövlət işlərinə qarışma kimi bir səlahiyyəti. YAP hakim komandaya siyasi iradəsini ifadə etməyə demokratik fon üçün lazımdır.

YAP mənə 1990-91-ci illərin Sov.İKP-sini (Sovet İttifaqı Kommunist Partiyası – red.) xatırladır. O da eynilə görüntüdən ibarət idi, bütün qərarları Qorbaçov və onun ətrafı qəbul edirdi. İndi də bütün siyasi qərarları dövlət başçısı və onun ətrafı qəbul edir. Odur ki, YAP-ın olub-olmaması xalq üçün heç nə ifadə etmir”.

Aqil Bəkir

Loading...

www.yenicag.az

695
reyting.az
www.busaat.az
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100