!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

YAP-çı deputatdan Siyavuş Novruzov-Bəxtiyar Sadıqov mübahisəsinə REAKSİYA: “Onların hər ikisi…”

!Reklam – Yazi

“Onların qaldırdıqları məsələ işçi müzakirə mövzusudur və hər ikisi öz mövqeyini bildirib”.

Yenicag.az xəbər verir ki, Miilli Məclisin İctimai birliklər və dini qurumlar Komitəsinin sədri Siyavuş Novruzovla deputat həmkarı, “Azərbaycan” qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov arasında “Dini etiqad azadlığı və dini qurumlar haqqında” qanun layihəsinə təklif olunan dəyişikliklərlə bağlı yaranan mübahisə səngimir.

Siyavuş Novruzovun “Yeni Müsavat”a müsahibəsində rəsmi dövlət qəzetlərində başsağlığı elanlarının ifrat həddə çatdığını və bunun qadağan olunacağını bəyan etməsi baş redaktorun etirazı ilə qarşılanıb.

Komitə sədrinin iradlarına reaksiya verən Bəxtiyar Sadıqov rəsmi qəzet olmalarına baxmayaraq, dövlətdən heç bir maddi dəstək almadıqlarını deyib. O, əməkdaşların maaşını məhz həmin başsağlığı elanlarından əldə olunan vəsaitlə ödədiklərini bildirib.

Bundan sonra müzakirəni davam etdirən Novruzov baş redaktorun gileylərinin əsassız olduğunu deyərək, Sadıqova yönəlik “O kimdir, mən onunla müzakirə edəm?” ifadəsini işlədib.

YAP-çı deputatlar arasında böyüyən bu mübahisəyə münasibət bildirən hakim partiyadan olan millət vəkili Aydın Mirzəzadə Yenicag.az-a açıqlamasında məsələni şişirtməyə ehtiyac olmadığını vurğulayıb:

“Onların hər ikisinə böyük hörmətim var. İkisi də parlamentin fəal deputatlarıdır. Hesab edirəm ki, qaldırdıqları məsələlələr işçi müzakirə mövzusudur, bunu şişirtməyə ehtiyac yoxdur”.

Aydın Mirzəzadə yuxarıda qeyd olunan və YAP-çı deputatlar arasında mübahisəyə səbəb olan qanuna təklif edilən dəyişikliklər haqqında danışmaq istəməyib:

“Qanun layihəsi müzakirəyə çıxarılanda, mövqeyimi bildirəcəm”.

Səxavət Məmməd

www.yenicag.az

1655
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv