Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

YAP-çı deputatların iştirakı ilə iclas keçirilir

Reklam: Sinerji Pro

Yeni Azərbaycan Partiyasının (YAP) inzibati binasında YAP-ı Milli Məclisdə təmsil edən deputatların iştirakı ilə iclas keçirilir.

Yenicag.az-ın xəbərinə görə, iclasda parlamentin buraxılması ilə bağlı müzakirələr aparılır. İclasda onlara YAP Siyasi Şurasının qərarı elan olunur.

Mətbuat konfransında çıxış edən Baş Nazirin müavini, Yeni Azərbaycan Partiyasının (YAP) Sədr müavini – İcra katibi Əli Əhmədov deyib ki, Yeni Azərbaycan Partiyasının (YAP) Siyasi Şurasının iclasında partiyanı təmsil edən deputatlara Milli Məclisin buraxılması ilə bağlı təşəbbüslə çıxış etməsi tövsiyə olunub.

O, qeyd edib ki, Prezident İlham Əliyevin həyata keçirdiyi islahatlar ciddi müzakirə olunur:

“İnsanlar bu islahatların nəticəsini görür. Bu islahatların həyata keçirilməsinə YAP öz töhfələrin verir və bundan sonra da verəcək. Bu islahatların məqsədi Azərbaycanın daha da inkişaf etdirilməsi, insanların rifahının daha da yaxşılaşdırılmasına nail olmaqdan ibarətdir.

2019-cu il islahatların daha dinamik aparıldığı il hesab etmək olar. 2019-cu ildə hamının məmnunluğuna səbəb olan sosial paket həyata keçirilib. Digər tərəfdən kadr islahatları aparılıb və insanların məmnunluğu ilə qarşılanıb. Prezident tərəfindən həyata keçirilən islahatlar sistemli geniş əhatəli xarakter alıb.

Azərbaycanda istər stuktur sahəsndə, istər kadr sahəsində islahatlar həyata keçirilir və bu xətt bundan sonra da davam edəcək. Yeni Azərbaycan Partiyasının üzvləri bu qənaətə gəlib ki, islahatlar qanunvericilik sahəsindən kənarda qalmamalıdır. Bu gün YAP-ın Siyasi Şurasında üzvlər islahatların qanunvericilik sahəsinə də gətirilməsinin məqsədə uyğun hesab ediblər. Siyasi Şuranın bütün üzvləri vahid mövqeyə gəliblər və parlamentin də islahatlara cəlb edilməsi həyata keçirilən islahatlara uğur gətirə bilər”.

Ə.Əhmədov bildirib ki, bu gün Yeni Azərbaycan Partiyasını Milli Məclisdə təmsil edən deputat korpusu ilə görüş keçirildi: “Deputatlar Siyasi Şuranın qərarına hörmət ifadə edərək parlamentə məktub ünvanlamaq qərarına gəldilər. Məktub yaxın günlərdə parlamentə ünvanlanacaq və hesab edirəm ki, parlamentdə bu qərar yaxın günlərdə baxılacaq”.

Qeyd edək ki, bu gün YAP Siyasi Şurasının üzvlərinin iştirakı ilə iclas keçirilib. İclasın yekununda YAP Siyasi Şurasının qərarı qəbul olunub. Qərara əsasən, partiyanı təmsil edən deputatlara Milli Məclisin buraxılması ilə bağlı təşəbbüslə çıxış etməsi tövsiyə olunur.

 

www.yenicag.az

1442
reyting.az
www.interpress.az
www.busaat.az
MARGIN-BOTTOM

Ziraat Bank New 768×90 / 320×100