Reklam: Hightechnic
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

YAP-ın QURULTAY MÜƏMMASI: “Partiyanın sədri qərar versə, buna kim etiraz edəcək?”

Reklam: Sinerji Pro

“Yeni Azərbaycan Partiyasının daxili işlərinə qarışmağımız etik baxımdan doğru deyil”.

Bu sözləri Yenicag.az-a açıqlamasında hakin Yeni Azərbaycan Partiyasının (YAP) qurultayının keçiriləcəyi və “köhnə”lərin təşkilatdan uzaqlaşdırılacağı haqda məlumatlara münasibət bildirən Böyük Azərbaycan Partiyasının (BAP) sədri Elşad Musayev deyib.

Elşad Musayev bildirib ki, YAP-ın veteran üzvlərinin qurultay haqda xəbərləri təkzib etmələri əhəmiyyət kəsb etmir:

“Yeni Azərbaycan Partiyasının daxili işlərinə qarışmağımız etik nöqteyi-nəzərdən doğru deyil.

Bununla belə, əgər YAP-ın sədri qurultayın keçirilməsi haqda qərar qəbul edərsə, buna kim etiraz edə biləcək? Cavab aydındır.

O baxımdan, ölkə prezidenti və hakim partiyanın sədri cənab İlham Əliyev qurultayın keçirilməsinə qərar versə, bu gün o təkzib açıqlamaları verənlərin hamısı gəlib orada oturacaqlar”.

Səxavət Məmməd

Loading...

www.yenicag.az

3167
reyting.az
www.busaat.az
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100