Yaponiya yüksək dəqiqlikli məkan təyinetmə peykini orbitə çıxaracaq

media-hightechnic-468x90

Yaponiya dekabrın 7-də “H3” raketi ilə daha bir “Michibiki” peykini orbitə buraxacaq.

Yenicag.az “Japantimes”a istinadən xəbər verir ki, bu barədə Yaponiya Aerokosmik Tədqiqatlar Agentliyi (JAXA) və “Mitsubishi Heavy Industries” çərşənbə günü birgə açıqlama yayıb.

Buraxılış Taneqaşima Kosmik Mərkəzindən həyata keçirilməsi planlaşdırılır.

Qeyd edək ki, “Michibiki” peyk sistemi Yaponiyanın GPS-ə bənzər versiyasıdır və santimetr dəqiqliyində mövqe təyini imkanı təqdim edir. Hazırda 5 “Michibiki” peyki fəaliyyət göstərir.

Yaponiya hökuməti cari maliyyə ilinin sonuna qədər daha bir “Michibiki” peyki buraxmağı planlaşdırır. Məqsəd yalnız “Michibiki” şəbəkəsi üzərindən mövqe təyini xidmətləri üçün yeddi peykdən ibarət tam sistemin qurulmasıdır.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 08.10.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa